Azərbaycanda tələbə vəfat edib
![]()
Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tələbəsi vəfat edib.
Rubrika.az xəbər verir ki, kollecin tələbəsi 2006-cı il təvəllüdlü Ağaxan Musayev dünyasını dəyişib. O kollecin simli alətlər fakültəsinin birinci kurs tələbəsi olub.
Kollecdən tələbənin vəfatı ilə bağlı məlumatı Oxu.Az-a təsdiq ediblər.
Ailəsindən onlara verilən məlumata əsasən, həkimlər tələbənin tromb səbəbindən həyatını itirdiyini deyiblər.
RUBRIKA.AZ
Facebook-da paylaş







