Öcalan vəfat etdi – Ölüm səbəbi açıqlandı
![]()
..PKK terror təşkilatının lideri Abdullah Öcalanın qardaşı Osman Öcalanın müalicə aldığı xəstəxanada vəfat etdiyi açıqlanıb.
Rubrika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Osman Öcalanın bu gün erkən saatlarda Ərbildə koronavirus səbəbindən öldüyü deyilib.
Uzun müddət Ərbildə xəstəxanada reanimasiya şöbəsində müalicə alan Osman Öcalan 2021-ci ilin iyul ayında keçirdiyi serebral iflic səbəbiylə hərəkət və danışma qabiliyyətini tamamilə itirmişdi.
Öcalanın kiçik qardaşı Osman Öcalan 1958-ci ildə Şanlıurfanın Halfeti rayonunun Ömərli kəndində anadan olub.
1978-ci ildə Liviyada təhsil aldıqdan sonra PKK-ya qoşulub. 1986-cı ildə PKK-nın mərkəzi komitəsinə, 1990-cı illərdə isə PKK-nın ali komitəsinə qoşularaq, faktiki olaraq terror təşkilatının komandirlərindən biri olub.
1992-ci ildə İraqın iki əsas kürd partiyası (KDP və PUK) ilə atəşkəs sazişi imzaladıqdan sonra PKK tərəfindən həbs edilib.
Osman Öcalan 1994-cü ildə PKK-dan ayrılıb. Bundan sonra yenidən PKK-ya qoşulan Öcalan 2004-cü ildə yenidən təşkilatın sıralarını tərk edib.
Rubrika.az
Facebook-da paylaş













