Büdcə zərfinə daxil olan layihələrin müzakirəsi davam edir
![]()
..Milli Məclisdə “2022-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər layihələrin müzakirəsini davam etdirir.
Rubrika.az Teleqraf.com-a istinadən xəbər verir ki, plenar iclasda dövlət və hökumət rəsmiləri də iştirak edir.
Parlament bu gün və sabah “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi, “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsi, “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsini birinci oxunuşdan qəbul etməlidir.
Rubrika.az
Facebook-da paylaş













