“Dostluq” kinoteatrının qabağında iki maşın toqquşdu: səkidə dayanan qadın piyada həlak oldu

Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində ölümlə nəticələnən yol qəzası qeydə alınıb.
Belə ki, 90-SJ-007 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobillə 99-FZ-827 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı maşın toqquşub. Nəticədə avtomobillərdən biri səkidə olan qadını vurub. Piyada hadisə yerində ölüb.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli yerli KİV-lərə bildirib ki, hazırda araşdırma aparılır.
Qeyd edək ki, "Hyundai" markalı avtomobilin sürücüsü taksi fəaliyyəti ilə məşğul olur.
RUBRİKA.AZ
Facebook-da paylaş






