Paşinyandan görüş öncəsi ermənilərə ÇAĞIRIŞ
![]()
..Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur vilayətinin icma rəhbərləri ilə görüşüb. Paşinyan görüş zamanı Zəngəzur dəhlizi barədə danışmaqla yanaşı, həm də Qarabağla bağlı bəyanat da verib.
Rubrika.az Milli.Az-a istinadən xəbər verir ki, Paşinyan erməniləri Qarabağın Azərbaycana məxsus olması fikri ilə barışmağa çağırıb.
"Sadəcə 30 il biz özümüzü aldatmışıq və sonda baş verənlər məhz elə də olmalı idi", - deyə Paşinyan qeyd edib.
Bununla yanaşı, Paşinyan Zəngəzur dəhlizindən danışarkən bunları vurğulayıb: "Biz nə yolları açmaya, nə də Azərbaycana Zəngəzur ərazisindən Naxçıvana aparan yol verməyə bilərik. Çünki Azərbaycan buna hərbi yolla nail olmağa çalışacaq. Bizim isə müqavimət göstərməyə resursumuz yoxdur".
Rubrika.az
Facebook-da paylaş
















