Baydenlə yaxın təmasda olan Ağ Ev əməkdaşı koronavirusa yoluxdu
![]()
ABŞ Prezidenti Co Baydenlə yaxın təmasda olan Ağ Ev əməkdaşı koronavirusa yoluxub.
Bu barədə ABŞ liderinin mətbuat katibi Cen Psaki danışıb.
Onun sözlərinə görə, sözügedən əməkdaş dekabrın 17-i prezidentin təyyarəsində onunla təmasda olub.
“Bazar ertəsi səhər saatlarında orta ranqlı əməkdaşın COVID-19 testinin cavabı müsbət oldu. Bundan üç gün əvvəl həmin əməkdaş bir nömrəli bortda prezidentin yaxınlığında təxminən 30 dəqiqə keçirib”, - deyə o bildirib.
Cen Psaki qeyd edib ki, son günlərdə Co Bayden iki dəfə test verib və onların hər ikisinin cavabı mənfi çıxıb. Prezident növbəti dəfə çərşənbə günü test verəcək.
Rubrika.Az
Facebook-da paylaş








