Roberto Karlos İngiltərənin ən güclü futbolçusunu adlandırdı
![]()
Braziliya milli komandasının tarixində ən yaxşı sol cinah müdafiəçilərindən biri hesab olunan Roberto Karlos İngiltərədə bəyəndiyi ən yaxşı futbolçunun adını açıqlayıb.
“Con Terri, böyük kapitandır. Əlbəttə, Lempard və Cerrard heyrətamiz futbolçular olub, lakin Terrini fərqləndirərdim”, - deyə 48 yaşlı R.Karlos vurğulayıb.
R.Karlos fikrinin davamında qeyd edib ki, ingilis futbolunu çox sevir və fərqləndirir.
“Mən buradakı atmosferi və futbolçuların səviyyəsini bəyənirəm. İngiltərə liqası dünyanın ən yaxşılarından biridir”, - sabiq futbolçu fikrini tamamlayıb.
RUBRIKA.AZ
Facebook-da paylaş












