Sarkisyanın qohumlarına ölkədən çıxmaq qadağası qoyuldu

Ermənistanın eks prezidenti və baş naziri Serj Sarkisyanın qohumlarının ölkədən çıxasına qadağa qoyulub.
Rubrika.az Ermənistan mәtbuatına istinadən xәbәr verir ki, sabiq prezidentin qardaşı Levon Sarkisyan və onun uşaqları 6,84 milyon dollar məbləğindəki depozitlәri vergi orqanlarından yayındırıb.
Onların evində aparılan axtarışlar zamanı әlә keçirilәn bank sәnәdlәri müsadirә edilәrәk istintaqa tәhvil verilib. Araşdırmalar davam edir.
Rubrika.az
Facebook-da paylaş










