Prezident sabah Ukraynaya gedir
![]()
Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya işgüzar səfər edəcək.
Rubrika.Az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, yanvarın 14-də Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş olacaq.
Görüşün yekununda iki ölkənin liderləri KİV nümayəndələri üçün açıqlama verəcəklər.
Rubrika.Az
Facebook-da paylaş












