Abu-Dabidə neftlə dolu üç tanker partladılıb, 3 nəfər ölüb
![]()
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu- Dabi şəhərində 3 tankerin partlaması nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.
Bu barədə TASS məlumat yayıb.
14:11
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə neftlə dolu üç tanker partladılıb.
Bu barədə yerli KİV məlumat yayıb.
Hadisə Mussah sənaye bölgəsində qeydə alınıb. Partlayış nəticəsində Abu-Dabi Beynəlxalq Hava Limanındakı tikinti sahəsində yanğın başlayıb.
İlkin məlumata görə, partlayışdan əvvəl ərazinin hava məkanında drona bənzəyən kiçik bir təyyarə müşahidə edilib.
Yəməndəki husi qruplaşması hücuma görə məsuliyyəti üzərinə götürüb.(report.az)
Rubrika.az
Facebook-da paylaş











