Rusiyada bir gündə 124 mindən çox insan koronavirusa yoluxub
![]()
Rusiyada son sutka ərzində daha 124 070 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Rusiya Operativ Qərargahının verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 11 861 077 nəfərə çatıb.
Son sutka ərzində 621 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 331 349 nəfərə çatıb.
Rubrika.az
Facebook-da paylaş













