Vilayət Eyvazov onu şöbə rəisi TƏYİN ETDİ - ƏMR

Qaradağ Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinə yeni rəis təyin olunub. Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, sözügedən vəzifəyə polis mayoru Şükür İbrahimov təyinat alıb.
Qeyd edək ki, Ş.İbrahimov bu təyinatadək Qaradağ RPİ-nin 38-ci polis bölməsinin rəis müavini vəzifəsində çalışıb.
Rubrika.Az
Facebook-da paylaş














