• «Demokratiya aşiqlərinin» VƏTƏNŞÜVƏNLİYİ — SOCAR-ın uğurları kimləri NARAHAT EDİR?

    «Demokratiya aşiqlərinin» VƏTƏNŞÜVƏNLİYİ — SOCAR-ın uğurları kimləri NARAHAT EDİR?

    Azərbaycan ətrafında bəlli dairələrin planlaşdırdığı çirkin oyunlar hər gün bir az da həyasızcasına davam edir. Siyasi mübarizə tarixində ən alçaq, şərəfsiz metodlarla aparılan bu kompaniya artıq şəxslər, ailələr prizmasından çıxaraq xalqın, dövlətin heysiyyatına, qüruruna toxunmaq müstəvisinə keçib. Azərbaycan xalqının mental dəyərlərini ayaqlar altına atan, kişilik adına ləkə vuran bir qrup əxlaqsız, namərd dövlətimizə düşmən kəsilənlərin qucağında oturub ağzının zibilini dağıdır. Söyüş söyməyi,şər atmağı, qara yaxmağı siyasi mübarizə metodu hesab edən, hətta qadına, qıza hədyan deyəcək qədər bişərəfliyə əl atanlar alçaqlıq kitabının yeni səhifələrini yazırlar. 

    Tarixdə bir-biri ilə ən amansız üsullarla mübarizə aparan siyasi qüvvələr az olmayıb. Hətta terroru belə siyasi mübarizə vasitəsi kimi qəbul edənlər bu qədər şərəfsizliyə əl atmayıblar. Tariximizdə bir-birinə düşmən münasibəti bəsləyən hökmdarlar, siyasilər də yetərincədir. Ancaq ən qəddar düşmənini belə namərdcəsinə vurmayan kişilər olub. “Kişinin qoluna qandalı da gərək kişi vursun” deyərək namərdlərə, satqınlara meydan verməyən mərd kişilər vardı.Danışanda özünü bu xalqın övladı sayan, ağzını açanda erməni unitazından beş-betər iylənən “söyüş müxalifəti” kimlərin tör-töküntüsüdür bəs? 
    Bu gün dövlət başçısı, hakimiyyətin əsas fiqurları haqqında xarici ölkələrdə oturub ən alçaq üsullarla yalanlar, böhtanlar səsləndirənlər milli maraqlarımıza, dövlətçiliyimizə xəyanət edən, birbaşa düşmən dəyirmanına su tökən yaramaz ünsürlərdir. İnternet əsrində yalanın ayaq tutması elə də çətin deyil. Əxlaqsızlığı həyat tərzinə çevirən, Qərbin maviləşən dəyərlərinə bürünüb kişilikdən, mərdlikdən dəm vuran, öz ailə dəyərlərini başqalarının adına çıxmağa çalışan “demokratlar” artıq xalqın səbrini daşırıblar. 
    Azərbaycanda “Qazaxıstan variantı” yaratmaqdan ötrü hər alçaqlığa hazır olanlar siyasi elita, hakimiyyət komandası haqqında ən çirkin yalanları tirajlayırlar. Məqsəd birdir- qalib Azərbaycanı, siyasi-iqtisadi basqılara mətinliklə dirənən bir ölkəni qarışdırmaq, öncə qeyrətini, sonra xalqını satanları hakimiyyətə gətirmək. 
    Azərbaycan iqtisadiyyatının məhək daşı olan neft sənayesinin sürətli inkişafı, dayanıqlı strategiya çoxlarının yuxusuna haram qatıb. Dövlət başçısının qarşıya qoyduğu tələblərin qüsursuz icrası, neft strategiyasının reallaşdırılması Azərbaycanı xaosa sürükləmək istəyənlərin işinə yaramır. İqtidar komandasında guya parçalanma yaratmaq, məmurların “gizli dosyelərini” ictimailəşdirmək adı altında ən müxtəlif yalanlar uydurulur. 
    SOCAR prezidenti R.Abdullayevin əfsanəvi sərvətləri, dünyanın hər yerinə səpələnən imarətləri barəsində nağılları yəqin ki, eşitmisiniz. Hərdən bütün bunları eşitdikcə düşünürsən ki, bir adam haqqında nə qədər yalan uydurmaq olar? Rövnəq müəllim bunlara neyləyib ki, gözlərini qırpmadan bir nəfəsə 77 böhtan söyləyirlər? 
    Cavab sadədir- Rövnəq Abdullayevin mükəmməl idarəçilik təcrübəsi, dövlətə, Prezidentə sonsuz sədaqəti bu “qeyrət dağarcıqları”nın işinə yaramır. Aldıqları tərbiyəyə, sürdükləri həyat tərzinə uyğun olaraq ən alçaq, şərəfsiz iftiralara əl ataraq öz aləmlərində narazılıq formalaşdırırlar.
    Bütün parametrləri ilə SOCAR bu gün bütün dünyada Azərbaycanın uğurlu tanıtımını həyata keçirən milli brenddir. Şirkət birmənalı olaraq neft və qeyri-neft sektorunun aparıcı qüvvəsidir. Artıq nəinki karbohidrogen ehtiyatlarımızı özümüz istehsal edirik, SOCAR həm də xarici ölkələrdə neft hasilatında dünyanın nüfuzlu şirkətləri ilə rəqabət aparır. Qlobal bazarda uzun illər ərzində oturuşmuş, nüfuzlu, bir sıra istiqamətlər üzrə monopolist mövqeyə malik, arxalarında böyük dövlətlərin durduğu iri transmilli şirkətlər qarşısında SOCAR-ın indiyə kimi əldə etdiyi uğurlar fövqəladə xarakter daşıyır.
    Son illərdə Trans-Anadolu Qaz İxrac Boru Kəməri (TANAP) və STAR Neft Emalı Zavodunun tikintisi və istismara verilməsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, “SOCAR Trading”in fəaliyyət coğrafiyasının, demək olar, bütün mühüm beynəlxalq bazarları əhatə etməsi, Gürcüstan, Türkiyə, Ukrayna, Rumıniya, İsveçrə, Avstriya və digər ölkələrdə kommersiya əməliyyatlarının intensivləşdirilməsi kimi strateji layihələr ölkəmizin beynəlxalq mövqelərini gücləndirib.
    Həmçinin Cənub Qaz Dəhlizi layihəsinin ilkin resurs mənbəyini təşkil edən “Şahdəniz” yatağının işlənilməsinin 2-ci fazası çərçivəsində dəniz platformalarının inşası və istismara verilməsi, Heydər Əliyev adına Neft Emalı Zavodunda və “Azərikimya” İstehsalat Birliyində yenidənqurma və modernizasiya proseslərinin mərhələli şəkildə davam etdirilməsi, “SOCAR Polymer”, “SOCAR Karbamid” zavodlarının tikintisi kimi genişmiqyaslı layihələr,  “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə müqavilənin 2050-ci ilədək, “Şahdəniz” layihəsi üzrə müqavilənin isə 2048-ci ilədək uzadılması, yeni Hasilatın Pay Bölgüsü Sazişlərinin və Risk Xidmət Müqavilələrinin imzalanması SOCAR-ın hansı miqyasda fəailiyyət göstərməsinin, ölkəmizin iqtisadiyyatında hansı payın sahibi olmasının bariz nümunəsidir. Məhz bütün bu uğurlar xarici dairələrin tör-töküntüsü ilə maliyyələşən, ölkəmizi nüfuzdan salmaq istəyən ünsürlərin yuxusuna haram qatıb. 
    Amma milçək ürək bulandırmaqdan başqa bir işə yaramadığı kimi bu demokratiya aşiqləri də üfunət yayırlar. Bir vətəndaş, media mənsubu kimi hesab edirəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları, təhlükəsizlik sistemi bu şərəfsiz çeteyə qarşı ən sərt addımlar atmalıdır. Nə qədər bu əxlaqsızların ağzının zibilini dağıtmasına dözmək olar? Qeyrətini satlığa qoyaraq siyasi mübarizə arenasına atılanlar xalqımızın əxlaq kodekslərini zədələyirlər. Bir vətəndaş olaraq bunlar mənə ağır gəlir. Dövlət qurumlarımızın qəti hərəkətə keçməsini istəyirəm- ötən hər gün xalqımızın milli dəyərləri bir az da ağır formada təhqir olunur. Niyə görə bunlara dözməliyik və eşitməliyik? Xalqımın layiqli övladlarına qarşı atılan iftiraları eşitmək mənə ağır gəlir. Lazımdırsa bir vətəndaş kimi onlarla şəxsən özüm haqq-hesab çəkə bilərəm. Yeri gələrsə həyatım bahasına belə olsa bu şərəfsiz çetenin əməllərinə son qoymaq istəyirəm. Bəsdir bir yığın qeyrətsiz xalqımızın layiqli övladlarını aşağıladı, söydü! Məgər bunların kitabında heçmi kişilik, mərdlik anlayışları yoxdur? Bunların ailə dəyərləri, müqəddəs sandıqları anlayışlar yoxdurmu? Yoxdursa başa salmaq lazımdır. Ya da necə başa salmaq lazın olduğunu yaxın günlərdə hər kəs duyacaq! 

    Nicat Mahmudov 
    Rubrika.Az


    Facebook-da paylaş