Almaniya Ukraynaya silah verməkdən niyə imtina edib? - Kansler açıqladı
![]()
Almaniya kansleri Olaf Şolz "Washington Post” qəzetinə müsahibəsində Almaniyanın Kiyevin xahişi ilə Ukraynaya 5 min dəbilqə verdiyini, mümkün silah tədarükü məsələsində ixrac məhdudiyyətlərinin böyük rol oynadığını bildirib.
Rubrika.az kanslerin sözlərinə istinadla bildirir ki, bir qədər əvvəl Ukrayna nümayəndələri dəbilqə göndərmək xahişi ilə Almaniya hakimiyyətinə müraciət ediblər.
"Biz bu müraciətə cavab vermişik, lakin bir sıra tələblər var. Böhran bölgələrinə silah ixrac edərkən riayət etdiyimiz ciddi ixrac meyarları var. Bundan başqa, Almaniyanın silahlara ixracına qoyulan məhdudiyyətlərin uzun müddət davam etməsi məsələsi də var ki, bu məsələ ilə ölkəmizin keçmiş hökuməti məşğul olub. Bu məsələdə davamlılıq var”, - Şolz bildirib.
Xatırladaq ki, Almaniya Müdafiə Nazirliyi bu günlərdə Ukraynaya beş min dəbilqə tədarük etdiyini açıqlamışdı. Kiyev nümayəndələri Ukraynaya müdafiə silahlarının çatdırılmasına başlamağı xahiş etsələr də, Almaniya hökuməti münaqişə bölgələrinə silah vermədiklərini bildirib.
Rubrika.az
Facebook-da paylaş















