İtaliya 12 erməni "diplomat"ı Ukraynaya geri qaytardı

İtaliya hakimiyyəti səfirlik işçiləri adı altında təxliyə edilən 12 ermənidən ibarət qrupu Ukraynaya geri göndərib. RUBRİKA.AZ bu barədə KONKRET.az-a istinadla xəbər verir. Yalançı diplomatlar bir gün əvvəl İtaliya hökuməti tərəfindən icarəyə götürülmüş Embrayer təyyarəsi ilə Romaya gəliblər.
Enişdən dərhal sonra özlərini həddindən artıq yorğun kimi göstərərək izdihamın arasında gözdən itməyə çalışsalar da, hava limanında sənədlərin avtomatik skanerlər vasitəsilə yoxlanıldığını nəzərə almayıblar.
“Diplomatlar”ın saxta pasportlarında çip əvəzinə yalnız folqa parçaları olub və bu, bir anda iki bahalı cihazı sıradan çıxarıb. Bundan sonra sərhədçilər işə qarışıb və tez bir zamanda saxtakarlığın üstünü açıblar.
İtaliyalı polisləri və jurnalistləri qeyri-qanuni miqrantların sosial vəziyyəti xüsusilə təəccübləndirib. Belə ki, onlardan ikisi biznes sahibi, biri regional dövlət administrasiyasında işləyirmiş, digəri isə Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetinin professoru idi.
Lakin onların hamısı Avropa İttifaqında yaşamaq istədiklərini bəyan edərək sığınacaq istəyiblər. Sərhədi qanunsuz keçmə cəhdini nəzərə alaraq İtaliya bundan imtina edib. Təyyarə Kiyevə geri göndərildikdən sonra məlum olub ki, qaçqınlardan biri uzun illər aliment ödəməkdən yayınmaqda ittiham edilərək Rumıniya tərəfindən axtarışa verilib.
Hazırda İtaliya və Ukrayna hüquq-mühafizə orqanları erməni diasporunun nümayəndələrinin enişdən əvvəl bütün yoxlamalardan necə maneəsiz keçdiyini və təyyarənin niyə vaxtından bir saat əvvəl havaya qalxmasını araşdırır. Kiyev Beynəlxalq Hava Limanının təhlükəsizlik xidmətinin direktoru Arsen Manukyanın sözlərinə görə, xaricdən haker hücumu olub və bu hücumun sifarişçilərini və icraçılarını müəyyən etmək çətin ki, mümkün ola.
Əslində hər şey gün kimi aydındır. Çünki Kiyev Beynəlxalq Hava Limanının təhlükəsizlik xidmətinin direktoru ermənidir və bu fırıldağı hansısa hakerin etdiyi uydurmadır.
Rubrika.Az
Facebook-da paylaş











