“Spark” "Gilan Holdinq"dən aldığı şirkəti özünə - BİRLƏŞDİRİR

Azərbaycanda tikinti sahəsində uzun müddətdir fəaliyyətdə olan tikinti şirkəti “SPARK” MMC yeni satın aldığı şirkəti özünə birləşdirir.
RUBRİKA.AZ Banker.az-a istinadən xəbər verir ki, bu barədə rəsmi mənbədən məlumat daxil olub. Şirkət bununla bağlı artıq elan verib.
Belə ki, “Gilan Holding” MMC-dən satın alınan və adı dəyişdirilən Qəbələdəki beton zavodu “Spark Qəbələ Beton” MMC-nin (VÖEN: 4400427411) fəaliyyətinə xitam verib.
Törəmə şirkət ana şirkət sayılan “SPARK” MMC-yə (VÖEN: 1500207861) qoşulduğunu və “SPARK” MMC “Spark Qəbələ Beton” MMC ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir.
Rubrika.Az
Facebook-da paylaş













