Rusiyada Feysbuk bloklandı
![]()
Rusiyada Feysbuk bloklanıb.
Rubrika.Az xəbər verir ki, bu barədə "Roskomnadzor”un (Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidməti) saytında məlumat dərc edilib.
Qeyd olunub ki, 2020-ci ilin oktyabr ayından Rusiyada mediaya qarşı 26 ayrı-seçkilik faktı qeydə alınıb.
"Son günlər "Facebook”da "Zvezda” telekanalı, "RİA Novosti” xəbər agentliyi, "Sputnik”, "Russia Today”, "Lenta.ru” və "Gazeta.ru” informasiya resurslarının hesablarına girişi məhdudlaşdırılıb”, - məlumatda bildirilib.
Rubrika.Az
Facebook-da paylaş













