Rusiya ABŞ diplomatlarını ölkədən çıxarır

Rusiya Xarici İşlər Nazirliyi (XİN) ölkədən çıxarılacaq diplomatların siyahısını ABŞ-ın bu ölkədəki səfirliyinə təqdim edib.
Qərar ayın əvvəlində ABŞ-ın BMT-də işləyən 12 rusiyalı diplomatı ölkədən çıxarmasının ardınca qəbul edilib.
“İnterfax”ın məlumatına görə, Rusiya XİN ABŞ tərəfinə Rusiyaya qarşı istənilən düşmənçilik fəaliyyətinin qətiyyətli və adekvat şəkildə cavablandırılacağını bildirib.
Rubrika.az
Facebook-da paylaş













