Putinin xəstəliyi yenidən gündəmdə - Görüntülər faş etdi (VİDEO)
![]()
Putinin xəstəliyi yenidən gündəmdə - Görüntülər faş etdi (VİDEO)
Rusiya prezidenti Vladimir Putinin son görüntüləri ilə bağlı xəstəlik iddiaları yenidən gündəmə gəlib.
Rubrika.Az xəbər verir ki, Vladimir Putinin Pasxa bayramı zamanı Moskvadakı Xilaskar Məsihin Katedralında çəkilən görüntülərdə davamlı olaraq dodaqlarını dişləyib və yalayıb. Onun ritual zamanı mütəmadi olaraq hıçqırması və özünü narahat hiss etməsi diqqətdən yayınmayıb.
Britaniyalı mütəxəssislər Putinlə bağlı Parkinson xəstəliyi iddiasını yenidən gündəmə gətiriblər.
Belə ki, görüntülərdə 69 yaşlı Putinin şəhər meri Sergey Sobyaninin yanında dayanmaqda çətinlik çəkdiyi görünür. İngilis mətbuatı Putinin "əsəbi” göründüyünü və diqqətini yayındırdığını iddia edib. Putinin davamlı olaraq əyildiyi və narahat davrandığı görünür. Onun gərginliyinin arxasında Ukraynadakı uğursuzluğunun olduğu iddia edilir.
Qeyd edək ki, Kremlin həftə sonu paylaşdığı kadrlarda Putinin Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşündə davamlı olaraq masanı sağ əli ilə tutduğu və bu görüntülərin yenidən xəstəlik iddialarını gündəmə gətirdiyi görülüb. Bu gün ortaya çıxan Pasxa mərasimi görüntüləri də iddiaları yenidən gündəmə gətirib. Ekspertlər vurğulayıblar ki, Putinin hərəkətləri titrəyə, yavaş hərəkətə və sərtliyə səbəb olan Parkinson xəstəliyindən əziyyət çəkən biri ilə uyğun gəlir.(Qaynarinfo)
Rubrika.Az
Facebook-da paylaş














