«ALIN YAZISI» — Azərbaycanın gələcək uğurlu tarixinin İLK MÜSAHİBƏSİ…

Hələ bir neçə il əvvəl Rubrika.Az saytının kollektivi olaraq Heydər Əliyevə müraciət etmişdik. Ulu öndərin adını daşıyan nəvə Heydərə. Müraciət etmişdik ki, onun aldığı tərbiyə və nümayiş etdirdiyi əxlaq imkan verir ki, bu gün Azərbaycan gənclərinin lideri olmaq missiyasını öz üzərinə götürsün. Biz son parlament seçkilərində H.Əliyevin namizədliyini irəli sürməsini də xahiş etmiş, bunun Azərbaycanda gənclər siyasətinin yeni bir mərhələsinin başlanğıcı olacağına inamımızı ifadə etmişdik.
Cənab Prezident hər zaman məmurlara xitabən onları sadə, təvazökar və məsuliyyətli olmağa səsləyir. Bunun ən böyük nümayişi isə onun özünün və ailə üzvlərinin davranışıdır. Heydər Əliyev hər bir Azərbaycan gəncinə örnək ola biləcək sadə və təvazökar davranışı ilə ilk öncə atasının tövsiyələrini yerinə yetirir. Bütün bunlar onun hər zaman uğurlu karyerasının və parlaq ömür yolunun olacağına təminat verir.
Heydər Əliyev artıq ali təhsilini və hərbi xidmətini başa vuraraq İqtisadiyyat nazirliyində əmək fəaliyyətinə başlayıb. Rubrika.az saytının kollektivi olaraq ona yeni işində uğurlar arzulayırıq, əmin etmək istəyirik ki, ilk gündən olduğu kimi hər zaman ona ən böyük dəstəyimizi əsirgəməyəcəyik. Biz onun böyük gələcəyinə inanırıq- onu Azərbaycan gəncliyinin parlaq siması kimi zirvələrdə görürük. Bu həm də onun alın yazısıdır. Heydər Əliyev adı Azərbaycan tarixində xilaskarlıq simvolu, liderlik zirvəsi olaraq əbədi həkk olunub. Bu adı yenidən tariximizin gələcək səhifələrinə qızıl hərflərlə yazmaq isə nəvə Heydərin qismətindədir.
Qeyd etdiyimiz kimi biz hər zaman Heydər Əliyevin uğurlu gələcəyinə və yeni-yeni zirvələr fəth edəcəyinə inanmışıq. İnanırıq ki, cənab Heydər Əliyev əmək fəaliyyətinə başladığı-uğur səlnaməsinin ilk səhifələrinin yazıldığı bu günlərdə elə ilk müsahibəsini də uyğun saytlar və xəbər agentlikləri ilə yanaşı Rubrika.Az saytına da verəcək. Bu bizim böyük inamımızın və Azərbaycanın gələcək uğurlu tarixinin ilk müsahibəsi olacaq.
Nicat Mahmudov
Rubrika.Az
Facebook-da paylaş














