Qəzada yaralanan şagird və müəllimlərin vəziyyəti açıqlandı
![]()
Şəki şəhərində avtobus aşması zamanı xəsarət alan 11 nəfər saat 17:10 radələrində Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Məlumatda bildirilir ki, vətəndaşlardan 10 nəfərə ilkin zəruri tibbi yardım göstərilərək 18:30 radələrində evə buraxılıb. 1 nəfərə isə bel nahiyəsinin küt travması, ll bel fəqərəsinin sınığı dizaqnozu qoyulub və hazırda müayinəsi davam etdirilir.
Rubrika.Az
Facebook-da paylaş















