Van Dammın gəlininin Bakıda xınayaxdısı oldu

Məşhur aktyor Jan-Klod Van Dammın oğlu Kristoferlə ailə quran azərbaycanlı pianoçu Suada Hacızadə Bakıda xına mərasimi edib.
RUBRİKA.AZ axşam.az-a istinadla xəbər verir ki, şəhər restoranlarından birində baş tutan gecədə Suadanın yaxınları iştirak ediblər.
Məclisdə rəqqasə Rəna Ağamuradova (Renka) da yer alıb. Xına məclisindən görüntülər sosial şəbəkədə paylaşılıb.
Qeyd edək ki, Kristofer-Suada cütlüyü ötən ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda nikah masasına oturub.
Rubrika.Az
Facebook-da paylaş











