İŞİD Suriyada partlayış törətdi: 11 hərbçi həlak oldu
![]()
Suriyanın şimalında, 2018-ci ilə qədər İŞİD-in əsas istinadgahı olan Rəqqa əyalətində törədilən partlayış nəticəsində 11-i hərbçi olmaqla 13 nəfər həyatını itirib.
Məlumatı Suriyanın hərbi mənbələri yayıb.
Olay Rəqqa-Homs avtomobil yolunda baş verib. Terrorçular avtobusu partladıblar.
İnsident nəticəsində daha üç nəfər ağır yaralanıb
Rubrika.az
Facebook-da paylaş












