Mikayıl Cabbarov: "Azərbaycan qeyri-neft ixracını 31% artırıb"
![]()
Bu ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri ötən ilin eyni dövrünə nisbətən 30,9% artaraq 1 milyard 188 milyon ABŞ dolları təşkil edib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
"İqtisadiyyatın şaxələndirilməsi tədbirləri nəticəsində qeyri neft məhsullarının ixracındakı müsbət tendensiya davam edir", - deyə o, qeyd edib.
Rubrika.Az
Facebook-da paylaş


















