“G7” ölkələri Ukraynanı "nə qədər" lazımdırsa dəstəkləyəcəklərini vəd etdilər
![]()
“G7” ölkələrinin liderləri Ukraynaya “gərəkən müddətcə” dəstəklərini davam etdirəcəklərinə söz veriblər.
Musavat.com xarici agenltiklərə istinadən xəbər verir ki, “G7” liderlərinin bəyanatında “Biz lazım olduğu müddətdə Ukraynaya maliyyə, humanitar, hərbi və diplomatik dəstək verməyə və dəstəkləməyə davam edəcəyik” cümləsi yer alıb.
Liderlər həmçinin Ukraynanın suverenliyini də qoruyacaqlarını bildiriblər.
“Biz Ukraynaya suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək, özünü müdafiə etmək və gələcəyini seçməkdə kömək etməyə çalışırıq. Ukrayna xarici təzyiq və ya təsirdən azad olaraq münaqişənin dinc şəkildə nizamlanmasına dair qərar verməlidir”, - deyə bəyanatda deyilir.
Liderlər müharibə başa çatdıqdan sonra Ukraynaya özünü müdafiə etmək üçün birlikdə çalışacaqlarını bildiriblər.
“Müharibədən sonrakı dinc nizamlanmağa doğru, biz, maraqlı ölkələr, qurumlar və Ukraynanın özü ilə birlikdə Ukraynaya özünü müdafiə etmək, onun azad və demokratik gələcəyini təmin etmək, o cümlədən Rusiyanın gələcək təcavüzünün qarşısını almaq üçün davamlı təhlükəsizlik öhdəlikləri üzrə razılaşmalar əldə etməyə hazırıq. ” deyə bəyanatda bildirilir.
Rubrika.Az
Facebook-da paylaş















