• Prezidentin müşavirə keçirdiyi Bərdədə başçı nələr edib? - Araşdırma

    Prezidentin müşavirə keçirdiyi Bərdədə başçı nələr edib? - Araşdırma

    Prezident İlham Əliyevin Bərdədə keçirdiyi pambıq müşavirəsi həm də bu regiona göstərilən diqqət idi

    Dövlət başçısı təkcə aqrar sektorun inkişafına əhəmiyyət verdiyini deyil, o cümlədən bu bölgənin tərəqqisinə önəmini nümayiş etdirdi.

    Ona görə də Bərdədəki müşavirə həm rayon rəhbərliyinin fəaliyyətini, həm görülən işlərin nə yerdə olduğunu aktuallaşdırırdı.

    Bu barədə araşdırma aparan FİA.Az-ın əməkdaşlarının verdiyi xəbərə görə, prezidentin səfəri ərəfəsində Bərdədə kompleks işlər həyata keçirilib.

    Rayonda abadlıq-quruculuq işləri aparılıb, sosial infrastrukturun yaxşılaşdırılması istiqamətində işlər görülüb.

    İcra başçısı Vidadi İsayevin göstərişi ilə rayon mərkəzində Heydər Əliyev prospektində, Ü.Hacıbəyov, Bakı, H.Aslanov, M.Cəfərov və H.Cavid, Koroğlu, küçələrində, Heydər Əliyev adına park-bulvarda, 4 saylı Musiqi məktəbinin, 6 saylı tam orta məktəbin həyətində, kommunal yaşayış binalarının ətrafında abadlıq işləri aparılıb.

    C.Cabbarlı, Atatürk, H.Cavid, Gəncə küçələrində və yeni yaşayış massivində 19853 kv. metr sahə qum-çınqıl verilərək hərəkətin rahatlığı təmin edilib.
    Daxili imkanlar hesabına şəhərin 22 küçəsi və Qaradağlı və Mirzalıbəyli kənd yollarının kənarında Yeni yaşayış məhəllələrinin küçələri qum-çınqıl və şebenlə təmir edilib.

    Kərimbəyli, Mollaəhmədli və Qasımbəyli kəndlərində 12,8 km su xətləri çəkilmiş, 9 ədəd su qülləsi quraşdırılıb. 51 ədəd bulaq və 6 krant tikilərək 1750 nəfər əhalinin içməli su təchizatı yaxşılaşdırılıb.

    Nifçi, Məşədiibişli, Kafarlı və Hacıbəyli kəndlərin 1500 nəfər əhalisinin ekoloji cəhətdən keyfiyyətli içməli su ilə təminatı üçün kəndlərdə sutəmizləyici qurğular quraşdırılıb.

    Rubrika.Az fia.az-a istinadla xəbər verir ki, il ərzində 8 ədəd 5 mərtəbəli, 2 ədəd 2 mərtəbəli kommunal yaşayış binanın dam örtükləri, fasad və giriş hissələri əsaslı təmir edilmiş, 1 ədəd 9 mərtəbəli, 3 ədəd 5 mərtəbəli, 1 ədəd 4 mərtəbəli və 5 ədəd 2 mərtəbəli binada cari təmir işləri aparılıb.

    1 ədəd 9 mərtəbəli, 9 ədəd 5 mərtəbəli yaşayış binalarının 7588 kv. metr zirzəmiləri təmizlənərək istifadəyə yararlı vəziyyətə gətirilib.

    Bütün bu işlərin prezidentin Bərdə səfərindən sonra da davam etdiriləcəyi gözlənilir. Dövlət başçısının bu regiona diqqəti tələb edir ki, V.İsayev daha çox işləsin, qalan problemlər həllini tapsın.

    Elə bu işlərə dəstək verən bir qadınla icra başçısının dialoqu da Bərdə rayonunda danışılır. Deyilir ki, prezidentin səfəri ərəfəsində bir qadın Rayon İcra Hakimiyyəti qarşısında ağac, gül-çiçək əkirmiş.

    İcra başçısı işdən çıxarkən qadın ona yaxınlaşıb və əlindəki dərman reseptini uzadaraq bunları aptekdən almağa imkanı olmadığını söyləyib.

    Bu zaman V.İsayev yanındakı nümayəndələrindən birinə dərhal tapşırıq verib ki, reseptdəki bütün dərmanları aptekdən alsın.

    Həmin RİH nümayəndəsi dərmanları alaraq geri qayıdıb. Bu zaman təşəkkür olaraq qadın icra başçısının əlini öpmək istəyib.

    Lakin rayonda danışırlar ki, V.İsayev buna imkan verməyib və bildirib ki, “əksinə, mən sənin əlini öpməliyəm ki, sən prezidentin səfəri ərəfəsində bu saatda evin-eşiyinə getmirsən, mənə, rayona dəstək olursan”.

    Bu faktın özü Bərdədə camaat arasında təqdir olunub. Və ictimaiyyətin böyük gözləntisi var ki, prezidentin müşavirəsindən sonra rayond işlər daha da sürətlənəcək.

    Onu da qeyd edə ki, ötən il rayonda 480 şagird yerlik şəhər 5 saylı və 1150 şagird yerlik şəhər 6 saylı və 480 şagird yerlik Xanqaraqoyunlu kənd tam orta məktəbləri əsaslı təmir edilmiş və məktəbin 400 şagird yerlik əlavə yeni korpusu tikilib istifadəyə verilmiş, Qaratəpə kəndində 80 şagird yerlik modul tippli məktəb tikilmişdir.

    Hazırda Hacılı kəndində 80 şagird yerlik modul tippli məktəb, Güloğlular kənd tam orta məktəbi tikilir;

    - 15 mindən çox əhalinin yaşadığı 17 kəndi birləşdirən 25 km uzunluqda Yeni Daşkənd-Umudalılar kəndlərarası yolu yenidən qurulub.

    Hacılar kəndində süd toplama məntəqəsi tikilmişdir. Yeni Daşkənd kəndinin baş yolunun 1,2 km-i asfalt-betonla birinci qatı tikilmiş, Hüseynalılar-Qaradırnaq kəndlərarası yolun 2 km, Lək-Qazıqurdalı kəndlərarası yolun 2 km hissəsi, Mehdili kəndinin 11,8 km və Mustafağalı kəndinin 19,5 km daxili yolu qum-çınqılla əsaslı təmir edilmiş, Bərdə-Ağdam avtomobil yolunun Tərtər çayı üzərindəki körpü təmir edilmişdir.

    Rubrika.Az


    Facebook-da paylaş