Moskva Paşinyanın Dövlət Departamenti ilə gizli əlaqələrini ifşa edib - İLGİNC

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya mediasında ciddi tənqid atəşinə tutulub. RUBRİKA.AZ AzVision.az-a istinadla xəbər verir ki, Rusiyanın erməni əsilli media meneceri Aram Qabrielyanov Kremlin İrəvan rəhbərindən qıcıq olduğunu yazıb.
O, qeyd edib ki, Rusiyadakılar Nikolun və onun yaxın ətrafının davranışlarından həddən artıq beziblər. Yenicə məlum olub ki, Paşinyanın ABŞ Dövlət Departamenti ilə birbaşa məxfi əlaqələri olub. Ermənistan-Türkiyə yaxınlaşması və Qarabağ məsələsi ilə bağlı baş nazirin müavini Qriqoryanın, xarici işlər naziri Mirzoyanın və xarici işlər nazirinin müavini Rubinyanın, Rusiyanın iştirakı ilə aparılan bütün danışıqlar, o cümlədən iki ölkənin rəhbərləri arasında baş tutan telefon danışıqlarının stenoqramı şəxsən Paşinyana təqdim edilir.
Bura Paşinyanla və Rusiya prezidenti Vladimir Putinin oktyabrın 20-də olan ünsiyəti də aiddir. Qabrielyanov iddia edir ki, Nikol bütün bu sənədləri Təhlükəsizlik Şurasının katibi, Baş Qərargahın keçmiş rəisi Movses Akopyanın əmisi oğlu Qriqoryana verir. O isə məlum məxfi məlumatları amerikalıların ona verdiyi xüsusi noutbukla gizli əlaqə quraraq Dövlət Departamentinə ötürür.
RUBRİKA.AZ
Facebook-da paylaş












