"Qalatasaray" Danimarka klubunun müdafiəçisini transfer edib
![]()
Türkiyənin "Qalatasaray" komandası Danimarkanın "Olborq" komandasının futbolçusu Matias Rossu transfer edib.
21 yaşlı mərkəz müdafiəçisinin axşam saatlarında İstanbulda olması gözlənilir.
"Sarı-qırmızılar"ın qarşı tərəfə, təxminən, 1,5 milyon avro pul ödəyəcəyi bildirilir.
Qeyd edək ki, Matias Rossun "Olborq"la 2025-ci ilədək qüvvədə olan müqaviləsi var idi.
Rubrika.Az
Facebook-da paylaş














