"Əvəz Zeynallının həbsindən narahatıq" - Əflatun Amaşov

Rubrika.az APA-ya istinadla xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
O deyib ki, Mətbuat Şurasının fəaliyyətində gərgin dövrdür. Tezliklə qurultay olacaq: "Bu, bizim jurnalistlərlə bağlı taleyüklü məsələləri arxa plana keçirməyimizə əsas vermir”.
Əflatun Amaşov Əvəz Zeynallının azadlığına qovuşmasını arzu etdiklərini qeyd edib: “Mətbuat Şurası olaraq məsələnin hüquqi tərəflərini mübahisələndirməkdən də uzağıq. Azərbaycan hüquq sisteminin ədalətinə sığınaraq məsələni diqqətdə saxlayırıq. Məsələ isə kifayət qədər həssasdır. İnanıram ki, ona ədalət prizmasından yanaşılacaq. Allah Əvəz Zeynallının qapısını açsın”.
Rubrika.az
Facebook-da paylaş













