• Hər bir vətəndaş ölkənin azadlığı, hər bir Prezident ölkənin taleyidir!

    Hər bir vətəndaş ölkənin azadlığı, hər bir Prezident ölkənin taleyidir!

    Əgər başlıqdakı ifadəni LeBon, LaroşFuko, Nitsşe, Hegeldən oxusaydıq, anlamını fərq etməzdik! Bütün dahilərin bütün digər dahiyanə fikirləri kimi, sadəcə, yeri gələndə işlədərdik – özümüzü savadlı göstərmək üçün! Göstərməçiliyin indi dəb olduğu dönəmdə əşhədü-ehtiyac kimi sərgiləyərdik “elmi-fəlsəfi bilgilərimiz” misalı olmasa da, telefon balansındakı kontur bolluğu sayağı!
    Amma 2 il əvvəl – 27 sentyabrdan başladı və 44 günə təsdiqləndi: hər bir vətəndaş – sıravi azərbaycanlı bu ölkənin azadlığı, Prezident İlham Əliyev isə bu ölkənin taleyidir! Özü də Fatehlərlə Müzəffərliyin vəhdəti şəklində!
    Qalan bütün hallar önəmsiz!
    Bizə Qələbə lazım idi – biz epizodik uğurlardan (“vur, komandir, vur!”, “Mübariz İbrahimov performansı”, “Lələtəpə triumfu”) hərbi orqazma çata bilməsək də, patriotik ekstaz anları yaşamaqdan “ictimai-siyasi impotentlik” sindromuna yoluxmaqdaydıq! Epizodik uğurlar bizə “viaqra” misalıydı!
    Bizə Qələbə lazım idi – tammiqyaslı, diapazonlu, əndazəsi üfüqdə belə təsəvvür edilməyən, görünməyən!
    Hər şey ondan başladı ki...
    Əslində, “heç nəyə başlamaq fikrində deyilik!” möhnəti hakim idi: Paşinyan çaxır içib “Yallı” gedirdi, əyrimçəsi ero-porno pozada hərbi aktivliyə seksual pozisiya ilə cazibədarlıq gətirirdi, arada Bakıda da bizə “salam” verəcəkləri nümayiş olunurdu!
    Biz bu möhnətə anekdot qoşurduq “qızırsan e, gec qızırsan” tipində, “suya oturan at” misalı kimi!
    Amma və lakin... Elzas-Lotaringiyadan tutmuş, Holand təpələrinəcən misallar da gətirirdim!
    Ki... o gün gələcək!
    Və... yazırdım: “İlham Əliyevə elə belə baxmayın, şah oğlu şahdır, durar ayağa, tapdayar keçər!”
    Hər şey 27 sentyabrdan başlasa da (əslində, Polad Həşimovun dəstəsiylə qətlindən), hələ Qələbə qazanacağımıza ümid üfüqdə də görünmürdü: belə “kərkinmələr” həmişə olmuşdu, həmişə də bir zənglə hər şey suya düşmüşdü!
    Döyüş ruhu da, azadlıq arzusu da!
    İlk günlərdə evlərə çatan, ellərə çatmayan saysız qurbanlar-şəhidlər əndişə yaratsa da, xalqın döyüşmək və qalib gəlmək yanğısı mane ola biləcək lirik-epik janrda bütün psioxoliji gərginliyi sıfırlayırdı!
    Millət qalib gəlmək istəyirdi!
    Millət qalib gələcək gücə malik olduğunu bilirdi və dəstəyini əsirgəmirdi!
    Millətin danışanda pafoslu və populist görünən oğulları, sözün həqiqi mənasında, döyüş başlanan kimi, həm də praktik və praqmatik olduqlarını nümayiş etdirirdilər – İlham Tumas, Taleh Şahsuvarov, Nəsimi Şərəfxanlı, Emin Piri, Fərəc Kərimli, Rey Kərimoğlu, Vaqif Hüseyn kimi möhtəşəm oğulların timsalında!
    Onlar bilirdilər ki, vuruşacaqlar və qalib gələcəklər! Dilləri olan oğullarımız həm də dilçəkli idilər!
    Yetərdi ki, ABK əmr versin!
    Əmr verilmişdi! Bu isə o femək idi ki, Tanrı, gəl, borcunu apar!
    Həmin o ilk 10 gündə Allah özü də zövq alırdı Türkün döyüşməyindən!
    Allah özü də zövq alırdı Türk olmayıb Türklə dost olanların rəşadətindən!
    Allah özü də zövq alırdı Türk olmayıb Türklə üz-üzə duranın miskinliyə yuvarlanmağından!
    Allah zövq alırdı!
    Azərbaycan zövq alırdı!
    Dünya Allahın Türkdən başqa bir yaratdığında görmədi şəhidin şövqlə qarşılanmasını – “şəhidlər ölməz, vətən bölünməz” simfoniyasını!
    Oktyabrın 5-cən yalnız gərginlik vardı!
    Oktyabrın 5-də mesaj aldım – Ümid Partiyasının sədri İqbal Ağazadə ilə birlikdə döyüş bölgəsinə yardım aparanda dostlardan biri yazırdı:
    - Aydın! Hamını bir dəfə öpürəm, səni iki dəfə!
    - Niyə?
    - Heç kim inanmayanda sən yazırdın ki, İlham Əliyev şah oğlu şahdır, durar ayağa...
    Oktyabrın 5-dən biz ömrümüzün və taleyimizin yeni bir mərhələsini - sosial şəbəkənin virtual həzzi üstündə yaşamağa başladıq: tvitlər! Tvitlər! Tvitlər!
    Adamın ruhunun ilməsi qaçırdı... ABK-nın tvirtləri üstündə!
    Hətta zarafata salıb Birinci Ledinin səhifəsinə yazırdılar: “soruşun, görün, bu gün tvit olacaq?”
    Bunu hər gün edirdi bu xalq: evində şəhid qarşılaya-qarşılaya!
    Bu xalqa Qələbə lazım idi və... bu Qələbəni bu xalqa “lazım gələrsə” dediyində “prikol”a tutduğundan umurdu, istəyirdi!
    “Lazım gələrsə...” deyən Oğlan “lazım”ın necə möhtəşəmcəsinə gəldiyini birbaşa translyasiyaya qoymuşdu, anladığımız... canlı yayıma, yəni!
    Müharibəni canlı izləyə-izləyə qalib gəlməyin eyforiyası dünya müharibə tarixində olmayan bir fövqəladəlikdir – Ukrayna Rusiya ilə artıq yeddinci aydır ki, savaşır, hələ də həmin mərhələyə gəlib çatmayıb! Baxmayaraq ki, Ukraynaya qarşı Rusiya təkcə vuruşur, amma Azərbaycana qarşı Ermənistan Fransa, ABŞ, Almaniya, İran, Suriya, Livan, Liviya ilə toplum halında vuruşurdu və hələ də sakitləşmir!
    Ukraynanın yanında dünya var, Azərbaycanın yanında təkcə Türkiyə vardı (var, var olacaq da zənnindəyik)! Amma... Allah kimi – “Allahın varlığı sənə yetər” deyilməyibmi “Qurani-kərim”də? Bax, heylə!
    Pakistan da, Ukrayna da, Böyük Britaniya da SÖZ olaraq yanımızdaydı – buna görə sağ olsunlar! Unutmarıq! Anlamağımız yetər ki, Qələbə həm də Sözdür, LAZIM olan Söz – BMT-də veto üçün, Avropa Şurasında dəstək üçün, NATO-da təzyiq üçün!
    Bax, həmin məqamda təsdiqləndi ki:
    HƏR BİR SIRAVİ Azərbaycan vətəndaşı ölkənin torpaqlarının azadlığına bərabər olsa da, kimin ölkənin taleyi olması daha çox önəmlidir!
    Ölkənin bugünkü və bu günə qədərki taleyinin kimlər olması bəlli! Fəqət qalib gəlmiş üç sərkərdəsinin adı 220 il idi dəyişmirdi, sayı artmırdı!
    220 ilə dəyişməyən düzən 44 günə dəyişdi!
    Artıq 10 noyabr hədəsi və zəngi də geridə qalıb!
    Daha kiminsə zəngi və bəyanatı rol oynamır!
    Söhbət Zəngəzur dəhlizi müstəvisinə keçib!
    30 il Göyçəyə həsrət qalanlar Göyçənin 3 kilometrliyindədir, - Mir Şahin demiş!
    Və yenə də Mir Şahin demiş, hinduların toxumunu kəsən ABŞ hind toyuğunu əfv edir!
    Eləsinin bu aralar nə deməsi önəm daşımaz!
    Eləcə də... indi nə olur-olsun, əsas olan dünyanın yaddaş arxivinə, fləşkartına yazıldı: hər bir Azərbaycan insanı, sıravi vətəndaşı öz ölkəsinin azadlığı qədərincədir! Çünki onun Prezidenti sübut etdi ki, bu ölkənin taleyi Odur!
    Ölkə öz taleyini etibar etdiyinin şah oğlu şah olduğunu gördü!
    Gerisi təfərrüat!
    Ona görə ki, “bu vətən üçün adını da qurban verib şəhid olan NAMƏLUM ƏSGƏRlər var” (Bəxtiyar Hidayətin şeirindəndir) indinin özündə!
    Hər şey qaydasına düşəcək – qazilər vəsiqə də alacaq, ev də, torpaq da, vəzifə də, balaları ödənişli ixtisaslarda oxuyub təhsil haqqı da ödəməz, maşın da veriləcək növbəsiz, kredit də götürəcəklər, qaytarmayıb, atacaqlar banklara, hər yerdə onlara hərbi təzim də ediləcək!
    Əlbəttə, bunlar olacaq! Və əlbəttə ki də o günlərəcən yaşamaq lazımdır!
    Dədəm Məmmədə deyirdim, Məmməd, xiffət eləmə, əsəbləşmə, xəstəlik tapma, yaşa, yaşa ki xoş günümü görəsən!
    Qulaq asmadı! Əsəbləşdi, xiffət elədi, nəslində-tayfasında olmayan xəstəliyə tutuldu, öldü – dədəsi 126 il yaşamışdı, anası 96 il, qaynanası 86 il, adam durub 79 yaşında çıxdı getdi ki, sənin dərdinə dözə bilmirəm!
    Adammm, “mənə Laçını göstər, ölüm” deyən anaları oğulları Lerikə aparıb, yalandan deyiblər ki, bura Hoçazdır, ora Sarıyer, ora Sultanbud meşəsi...
    Nə istiot-duz alıb əlinə tökmüsən vətənpərvərlik deşiklərinin üstünə?
    30 ildə ağlına gəlməyən Qələbənin nokautundan ayıl, sonra başla da!
    Gələn il gedərsən, iki il sonra gedərsən, beş il sonra olsun lap!
    Zalım oğlu zalım, “getməsək də, görməsək də, o ağacın altı bizimdir” şeirinə mahnı bəstələyib oxuyan-oynayan sən deyilsən? Kəlbəcərdən, Laçından, Şuşadan, Xocalıdan, Xankəndidən geri qalmayan Yardımlıya neçə dəfə getmisən, hansı dərdinə “ilkin tibbi yardım” üçün sidik ifraz etmisən?
    Laçın sənindir də!
    Kəlbəcər sənindir də!
    Xankəndiyə, Xocalıya, Xocavəndə aparan yolların üstündə sən durursan da!
    20 faizdən 2 faiz qalıb, allah insafını Murov şaxtası ilə vurmasın!
    Niyə özünü o boyda Qələbənin əzəmətindən, həşəmətindfən məhrum edib Sahil Babayev qədərincə kiçilirsən – Putinə, Makrona “kıqq” edən ABK Sahil Babayevin nəyindən və harasından çəkinəcək!?
    Vilyam Hacıyevqarışıq yeddi icra başçısını layiqli ezamiyyətə göndərən İlham Əliyev Taleh Qaraşovun əlindəmi aciz qalacaq? Nə olsun ki, müavinəsi və əziz-giramisi Rasilə Arifqızı olayından sonra Taleh Qaraşov ayda bir dəfə iclas çağırıb deyir ki, məni heç kim işdən çıxara bilməz!
    Deyir də! Öz işçilərinə üzünü tutub deyir də! G... ündəyməzi varsa, İlham Əliyevin üzünə desin də, Əlahəzrətin üzünə demir ki? Səs yazısı var sizdə, verin, verək Eynulla Fətullayevə, paylaşsın fb-də, sonra da müraciət eləsin Baş Prokurorluğa, lap xahiş edərik, hörmətli Əli Nağıyevə müraciət edər, tutub apararlar!
    İndi bir Sahil Babayevə, bir Taleh Qaraşova görə dəyərmi özümüzü bu boyda Qələbənin zövqündən məhrum etməyə?
    Bu cür xırda-para naqisliklər sizi kor kələyə, avara kəlçəyə, kürsəyə gedən itə niyə döndərir ki?
    Zeynal NağDəliyev də gedəcək, Taleh Qaraşov da gedəcək, Sahil Babayev də gedəcək... Səlim Müslümovun, Mövlam Şıxəliyevin yolunu! Ramiz Mehdiyevdən güclüdürlər ki?
    İnanmırsınız?
    FAKT:
    Zeynal NağDəliyev Lənkəranda icra başçısı olanda Mirsəmidin yas mağarına girəndə yalandan alışqanı əlindən salır, müavinləri İlqar Dadaşovla İlkin Rəhimov tez əyilirlər ki, alışqanı götürüb versinlər cənaba və ikisi nətəri kəllələşirsə, “iskra” çıxır, hamı da şaqqanaq çəkir gülür! Yas yerində e!!!
    Halbuki... ikisi də kişi-kişi gəzirdi!
    Biri “kişiliyi” olmadığına görə, viaqradan atdı, özünü gora göndərdi, bu biri də maşınında qəhbə aparırdı Zeynalın qaldığı evə - indi onun maşınını sürən oğlanın qızı hamamda çiməndə çəkdiyi videosunu oynaşına atmaq əvəzinə, çaşıb, qrupa atıb - özü də müəllimə!
    Nə olsun ki, bu gün də Möhübbət Babayevin oğlunu polis tutur aparır bölməyə, oğlu da lotu-lotu polis rəisi Azər Ələsgərova deyir ki, məni burda saxlaya bilməzsən və doğrudan da, Möhübbət Babayevin avtoşluq edən oğlunu buraxırlar!
    Nə olsun? Zeynal NağDəliyev İlqar Dadaşova deyirdi ki, “lopatka”nın dəstəyini dalına soxaram, o da hırıldayırdı, oğlu da lotuluq edirdi! Hardadı indi oğlu? Dinsə, lotuluq etmək istəsə, həmən deyəcəklər get, Zeynalın dədənin dalına soxduğu “lopatka” dəstəyini çıxar, sonra danışarıq!
    Özündə cəsarət tapsa, dava salsa İlqar Dadaşovun oğlu, rəisə kim tapşıracaq, kim eşidəcək kimin zəngini? Zeynal NağDəliyev məhkəməyə ifadə verəcək ki, “lopatka”nın dəstəyini dalından çıxartdım İlqar Dadaşovun, ya da elə-belə mırta dedim, sözdü də, dedim eləmədim ki?
    Necə ki indi birilərinə deyirlər e, dədən ayaqqabısının tayını tapdı, Möhübbət Babayevə də həmçinin! Oğluna da deyiləcək!
    Bu cür xırda, mənasız işlərə görə, durub narazılıq etməyə dəyər ki?
    Yaşayın da Azərbaycan əsgərinin və zabitinin möhtəşəm Qələbəsini!
    1918-ci ildə Bresti Lenin verdi, 1945-də bütün Pribaltikanı da qatdı özünə Stalin!
    İlham Əliyev də özünə qədər kim nə vermişdi, bu qədərini alıb, ala-ala da gəlir! Zəngəzuru da İlham Əliyev alır, amma gör necə həvəsə və qaza gəlmişik, artıq İrəvanı da hədəfləyirik!
    Balam, bundan yaxşı nə ola bilər ki?
    ƏZİZLƏRİM
    Görürsünüz, necə yamaq kimi görsənir yazının ikinci hissəsi? Yazmaya da bilərdim, amma anlatmaq dərdim var deyə yazdım! Ki... biləsiniz, siz də eynən yamaq kimi işlərlə məşğulsunuz!
    Zövq alın, qürurlanın, fərəhlənin Azərbaycan əsgərinin, zabitinin və Ali BAŞ Komandanın zəfərindən!
    Hələ 44 günlük savaşda Azərbaycan xalqının sərgilədiyi şücaətləri, vətənpərvərliyi, fədakarlığı ifadə edən faktlara nəzər salın!
    Təkcə o topçu əsgərin duruşu (“stoyka”) nəyə desən dəyər – bircə sətir belə o duruşa layiq ədəbi əsər yoxdur!
    Hələ mən qalan 43 epizodu demirəm, içində Xudayarın ifası olmaqla!
    30 il məğlubiyyət möhnəti yaşayan xalqın Qələbədən 3 il sonra da ağlayıb-sıtqaması, giley-güzar etməsi adamı rəncidə edir!
    Xoşbəxtlik andır, anla ifadə olunur, əgər onu əbədiyə çatdıra bilməsən, bil ki, elə qul oğlu qulsan və cəhənnəmdəsən ki cəhənnəmdə!
    Xoşbəxtliyi küsdürməzlər!
    Xoşbəxtlik anidir, bədbəxtlik uzunömürlü!
    Biz 44 günü – Qələbə anını ən azı 44 il sürdürməliyik, yaşatmalıyıq, ora-burasına barmaq eləməli deyilik!
    Sahil Babayevi də, Emin Əmrullayevi də, Taleh Qaraşovu da Müzəffər ABK hansı qrupdan olsalar da, “ATƏT-in Minsk Qrupu” kimi gorbagor edəcək!
    Elçibəy yolu ilə gedənlərdənsinizsə, lider qəbul etdiyinizin fikrinə sayğı və səbr göstərin: “Hər şeyin zamana ehtiyacı var!”
    Heydər Əliyev yolu gedənlərdənsinizsə, Ulu Öndər qəbul etdiyinizin fikrinə sayğı və səbr göstərin: “Azərbaycan dünyaya Günəş kimi doğacaq!”
    İlham Əliyevlə irəli gedənlərdənsinizsə, Müzəffər ABK-nın dediyini unutmayın: “Mən özüm bilirəm nəyi nə vaxt, neyləmək lazımdır!”
    Anlaşdıq? Danışdıq?
    Anım Gününün əzizliyi öz yerində, Zəfər Yürüşünün nirvanasına yüksəlin!
    Sığdırın cisminizə, ruhunuza Qarabağ Üvertürasını!
    YAZIYA SÖZARDI: Vaxt vardı gözümüzdən yaş giləsi gözümüz boyda axırdı! İndi özümüzdə güc toplayaq, deyə bilək: biz bu vətəni bəs deyincə ağladıq, indi bu vətəni bəs deyincə alqışlayaq!
    Korrupsiya, rüşvət, ən demokrat Prezident Elçibəy idi, onun da vaxtında vardı sabotajla birlikdə, o yazıq da məcbur oldu dedi ki, alanda insafla alın!
    YƏNİ: Əleyhinə hər yerdə danışdığınız İlham Əliyev Sizə Qələbə gətirib Azərbaycan Ordusuyla, Sizi qaliblər sırasında sıraya düzüb, lütfən, özünüzü dədə-babalarınız kimi aparıb, hökmən və zornan rüşvətxor, yaltaq imicinizi rəsmiləşdirməyin dünya xalqlarının gözündə: söz var xalq içində, söz var xılx (hülqum) içində!
    Zəlimxan Yaqub Seymur Baycanın keçəl başında qalan bir-iki tükdən birini öpüb dediyi kimi: “Oğlum, görürsən, mən sənin başındakı tükü öpürəm, amma o tük yeməyin içində olsa, iyrənərəm! İmkan ver, zəhrimarımızı yeyək!”
    İmkan verin və xalqa da başa salın ki, Qələbənin dadını çıxaraq!
    Söymək lazım olanda söyərik, indi söymək zamanı deyil, afət!
    Yaşasın Azərbaycan əsgəri – bizə zəfər gətirdiyi üçün!
    Yaşasın Azərbaycan zabiti - əsgərimizi zəfərə apardığı üçün!
    Yaşasın ABK – Azərbaycan əsgərinə və zabitinə şərəfini, Azərbaycan xalqına torpağını qaytardığı üçün!
    Bu xalqa, bu əsgərə, bu zabitə Qələbə yakışır!
    Qalanı həyat lövhələridir!

    p.s. O şeylər ki deməklə düzəlməz, deyib özünüzü bihörmət etməyin və deyib münasibəti pozub düşmən qazanmayın – bunu sizə heç Peyğəmbərlər deməyib ki, mən deyirəm

    AYDIN CANIYEV


    Facebook-da paylaş