Müharibə dövründə Ukraynaya ən çox silahı Rusiya verib…
![]()
Müharibə başlayandan sonra Ukrayna Silahlı Qüvvələrinin ağır silahlarla əsas təchizatıçısı Rusiya ordusu olub…
Müharibənin başlanmasından sonra Qərb dövlətləri Ukraynanı Rusiyadan az ağır silahlarla təchiz edib. PİA.az xəbər verir ki, bu barədə ABŞ-ın The Wall Street Journal nəşri açıq mənbələrə və hərbi məmurlara istinadən yazıb.
Aparılan araşdırmalar onu göstərir ki, müharibənin başlanğıcından bu günə qədər Ukrayna ordusu ruslardan 421 tank ələ keçirib. Qərb dövlətləri isə Ukraynaya 320 tank yollayıblar və bu tanklar da sovet istehsalı olub. Bundan başqa ruslardan 445 piyada maşını, 192 zirehli döyüş maşını, 44 reaktiv yaylım atəşi sistemi sistemi qənimət olaraq götürülüb. Qərb isə Ukraynaya 210 piyada maşını, 40 zirehli döyüş maşını, 70 reaktiv yaylım atəşi sistemi sistemi veriblər. Araşdırmaçılar bildirirlər ki, Ukraynanın qənimət olaraq ələ keçirdiyi ağır silahlar reallıqda daha çoxdur. Eyni zamanda ruslar döyüş bölgələrində külli miqdarda artilleriya mərmiləri qoyub gediblər.
Analitiklər hesab edirlər ki, Xarkovdan geri çəkilən Rusiya ordusu Ukraynanın əsas silah təchizatçısına çevrilib. Artıq Rusiya bu sahədə ABŞ-ı və digər Qərb ölkələrini kifayət qədər arxada qoyub.
Müharibənin ilk günlərində isə Rusiya ordusu çoxlu sayda Ukrayna silahını, o cümlədən 109 tankı, 15 özüyeriyən artilleriya qurğusunu, 63 piyada döyüş maşınını ələ keçirmişdi.
WSJ qeyd edir ki, ələ keçirilən Rusiya texnikasının böyük hissəsi istifadəyə yararlı olub, ancaq bir qism döyüş texnikası təmir olunaraq cəbhəyə göndərilib.
Qeyd edək ki, BBC-nin yazdığına görə altı aylıq müharibə ərzində Ukrayna Qərb dövlətlərindən 15 milyard dollar həçmində silah yardımı alıb. Ən çox yardım edən ölkə isə ABŞ olub. (8,79 milyard) Polşa Ukraynaya 1,83 milyardlıq, Böyük Britaniya isə 1,36 milyardlıq silah göndərib.
Rubrika.az
Facebook-da paylaş













