Azərbaycanda heykəl müəmması: - Vaqif, yoxsa Nəsimi?

“Lerikdə İmadəddin Nəsimiyə heykəl ucaldılmır. Bu söylənilənlər yanlışdır”.
Rubrika.Az AzVision.az-a istinadla xəbər verir ki, bunu Lerik Rayon İcra Hakimiyyəti başçının müavini ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəlimməmədova deyib. O bildirib ki, sosial mediada Lerikdə şairə heykəl ucaldılması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.
“Rayonumuzun ərazisində heç bir şairə və mütəfəkkirə hazırda heykəl ucaldılmır. Belə bir fakt yoxdur”.
Qeyd edək ki, sosial mediada Şuşada Molla Pənah Vaqifin yeni heykəlinin ucaldılması ilə bağlı məlumatlar və görüntülər yayılıb. Bir qism bunun Şuşaya aid olmasını bildirsə də, digərləri heykəlin Lerikdə İmadəddin Nəsimiyə aid olduğunu deyir.
Şuşa şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Zahid Abbasov saytımıza açıqlamasında bildirib ki, Şuşada Molla Pənah Vaqifə aid ayrıca heykəl ucaldılmır. Sosial şəbəkələrdə yayılan şəkillər Şuşaya aid deyil.
"Orada Vaqif türbəsi salınıb, ondan başqa heç nə yoxdur".
Mararqlıdır sosial mediada yayılan bu heykəl kimindir və harada ucaldılır?
RIBRIKA.AZ
Facebook-da paylaş












