Rusiya Kiyevə raket zərbələri endirib, 2 nəfər ölüb, yaralananlar var - Yenilənib
![]()
"Rusiya işğalçılarının Kiyevə hücumu davam edir və hava həyəcan siqnalı 3 saata yaxındır davam edir"...
Rusiyanın Ukraynanın paytaxtı Kiyevin energetika infrastrukturuna endirdiyi raket zərbələri nəticəsində iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.
“Report” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Kiyev Şəhər Prokurorluğundan bildirilib.
***
"Rusiya işğalçılarının Kiyevə hücumu davam edir və hava həyəcan siqnalı 3 saata yaxındır davam edir".
"Report" "RBK-Ukraina"ya istinadən xəbər verir ki, bunu Ukraynanın paytaxtı Kiyev vilayətinin hərbi administrasiyasının başçısı Aleksey Kuleba bildirib.
O, Rusiyanın Kiyev vilayətinə hücuma ara vermədiyini vurğulayıb.
A.Kuleba bildirib ki, Ukrayna Silahlı Qüvvələri də ötən gecə Rusiyanın bir sıra hərbi obyektlərini vurub.
Oktyabrın 18-də isə Kiyevin Sol Sahilində partlayış səsləri eşidilib. Ukrayna Prezident ofisinin rəhbərinin müavini Kiril Timoşenkonun sözlərinə görə, şəhəri enerji ilə təchiz edən Sol Sahildəki obyektlərə 3 raket atılıb.
Xatırladaq ki, ötən gün Ukrayna Prezident ofisinin müşaviri Oliksiy Arestoviç Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən Kiyev səmasında Rusiyanın 3 raketinin məhv edildiyini bildirib.
Rubrika.Az
Facebook-da paylaş















