XİN: Ermənistanın cəzasızlığına son qoyulmalıdır
![]()
XİN Bərdənin bombalanması ilə bağlı paylaşım edib...
İki il bundan əvvəl oktyabrın 27-28 tarixlərində Ermənistan Bərdəni kasetli bombalarla atəşə tutub. Ermənistanın bu hücumu nəticəsində 2 yaşlı qız daxil olmaqla 27 nəfər həlak oldu və 70-dən yuxarı şəxs yaralandı.
Rubrika.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “Twitter” hesabında bildirilib.
Qeyd olunub ki, bu raket hücumu ən çox itkiyə səbəb olan və dinc əhaliyə qarşı edilmiş müharibə cinayəti idi.
“Ermənistanın törətdiyi hərbi cinayətlərin müqabilində cəzasız qalmasına son qoyulmalıdır”, - deyə bildirilib.
RUBRİKA.AZ
Facebook-da paylaş









