Rusiyada yanan klubun azərbaycanlı sahibi HƏBS EDİLDİ
Kostromanın yanmış “Poliqon” klubunun sahibi İxtiyar Mirzəyev yanğın təhlükəsizliyi qaydalarını pozduğuna görə saxlanılıb.“Mirzəyev Rusiya Federasiyası Cinayət Məcəlləsinin 219-cu maddəsinin 3-cü hissəsi (“Ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma”) ilə başlanmış cinayət işi üzrə saxlanılıb. Hazırda istintaq hərəkətləri aparılır” , - deyə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Rubrika.Az bildirir ki, 2010-cu ildə Mirzəyev Rusiya Fövqəladə Hallar Nazirliyinə “Poliqon” klubunda yanğın təhlükəsizliyi bəyannaməsini təqdim edib.Mirzoyev Kostroma Vilayət Dumasının deputatıdır.
Rubrika.Az
Facebook-da paylaş










