Makron Putinlə Zaporojjya AES-in təhlükəsizliyini müzakirə etməyə hazır olduğunu açıqlayıb

Fransa prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə Zaporojye atom elektrik stansiyasının ərazisində təhlükəsizlik zonasının yaradılmasını müzakirə etmək istədiyini bildirib.
Makron Aİ sammitindən sonra keçirilən mətbuat konfransında deyib: “Mən belə bir razılaşmanın yekunlaşmasına kömək etmək üçün Putinə zəng etməyə hazıram”.
Makros həmçinin bildirib ki, Putinlə söhbət zamanı o, Ukraynanın infrastruktur obyektlərinə zərbələri dayandırmağa çağıracaq.
Rubrika.Az
Facebook-da paylaş






