Şamaxıda Vətən Müharibəsi Qəhrəmanı ilə görüş keçirilib FOTO
![]()
Görüşdə rayon icra hakimiyyəti başçısının birinci müavini Hikmət Şikarov 44 gün davam edən Vətən müharibəsində Rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi qələbədən, müharibədə Vətənimizin igid oğullarının misilsiz qəhrəmanlıqlarından söhbət açıb. Hikmət Şikarov Prezident cənab İlham Əliyev tərəfindən şəhid ailələri və müharibə əlillərinə daim diqqət və qayğı göstərildiyini qeyd edib, müharibə iştirakçılarına yüksək ad verildiyini, orden və medallarla təltif edildiklərini bildirib.
Vətən Müharibəsi Qəhrəmanı polkovnik Raqif İsrayılov əsgər və zabitlərimizin keçdiyi şərəfli döyüş yolundan, xalqımızın vətənpərvərliyindən, Vətən müharibəsi dövründə ön və arxa cəbhədəki birlik və fədakarlığından ətraflı bəhs edib. O, Ali Baş Komandana göstərdiyi yüksək diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Görüşün sonunda xatirə şəkilləri çəkdirilib![]()
![]()
![]()
Rubrika.Az
Facebook-da paylaş








