Vilayət Eyvazov polis mayorunu yüksək vəzifəyə təyin edib - ƏMR

Gədəbəy Rayon Polis Şöbəsinin (RPŞ) rəisinə yeni müavin təyin edilib.
RUBRIKA.AZ bildirir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Gündüz Yusifov Gədəbəy RPŞ-nin rəisinin şəxsi heyətlə iş üzrə rəis müavini təyin edilib.
Qeyd edək ki, G.Yusifov bu təyinata qədər Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Ağstafa Xətt Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.
RUBRIKA.AZ
Facebook-da paylaş









