Moskva “Pentaqon sızdması”ndan yararlana bilməyib və ABŞ casusları de-şifrə olmayıb…
![]()
“Pentaqon sızdması”ndan sonra Rusiya ABŞ kəşfiyyatına qarşı mübarizəni gücləndirməyib…
Pentaqonun məxfi sənədlərinin sızması Amerika kəşfiyyatının Rusiya hakimiyyətinə nüfuz etmə dərinliyinə təsir göstərməyib.
RUBRIKA.AZ xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb. Məlumata görə, sənədlərin dərcindən sonra Rusiya hərbçilərinin Ukraynadakı hərəkətləri dəyişməyib.
Qəzet yazır ki, baş verən sızmadan sonra Vaşinqtonda Rusiyadakı ABŞ kəşfiyyat mənbələrinin aşkarlanacağından ehtiyat edirdilər. Lakin sızma dərc edildikdən sonra Rusiya hakimiyyəti ABŞ kəşfiyyat orqanlarına müdaxilə etmək üçün heç bir iş görməyib, deyə iki yüksək rütbəli ABŞ rəsmisi qəzetə bildirib.
Bundan əlavə, Pentaqonun məlumatının açıqlanmasından sonra Rusiya komandanlığı Ukraynadakı müharibədəki əməliyyat planlarını heç bir şəkildə dəyişməyib, deyə NYT-nin həmsöhbətləri əlavə ediblər.
Qeyd edək ki, internetə sızan Pentaqonun məxfi sənədləri ABŞ kəşfiyyatının Rusiyanın hərəkətləri və planlarından nə dərəcədə xəbərdar olduğunu göstərdi. Məlum olub ki, ABŞ ordusu hər gün Rusiyanın zərbələrinin vaxtı və hətta gələcək hücumların konkret hədəfləri haqqında məlumat alır.
RUBRIKA.AZ
Facebook-da paylaş











