Bərdədə 21 yaşlı gənci bıçaqlayaraq avtomobilini qaçıran şəxs tutulub

Bərdə rayonunda 21 yaşlı gənci bıçaqlayaraq avtomobilini oğurlayan şəxs tutulub.
Rubrika.az report-a istinadla bildirir ki, bu barədə Qarabağ bürosuna DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Məlumata görə, hadisə yerindən qaçan şəxsin Bərdə rayon sakini, 1989-cu il təvəllüdlü Orxan Rafiq oğlu Kazımov olduğu müəyyən edilib və tapılaraq istintaqa cəlb edilib. Qaçırılan avtomobil də aşkar edilərək sahibinə təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş















