ABŞ-ın neft ehtiyyatı rekord səviyyədə aşağı düşüb...
![]()
ABŞ-da strateji neft ehtiyatı 1983-cü ilin oktyabrından bəri ən aşağı səviyyəyə düşüb...
ABŞ-da aprelin 7-dən aprelin 14-dək olan dövrdə strateji neft ehtiyatı 1,6 milyon barrel azalaraq 368 milyon barrelə düşüb.
Bu barədə məlumat ABŞ-ın Energetika Departamentinin Enerji İnformasiya İdarəsinin nəzərdən keçirilməsi zamanı verilib. Ehtiyat 1983-cü il oktyabrın 28-də qeydə alınan minimuma (366,1 milyon barel neft) qədər düşüb.
2022-ci ildə ABŞ prezidenti Co Bayden strateji ehtiyatdan ümumilikdə 180 milyon barel neft buraxıldığını bəyan edib. Xatırladaq ki, Ağ Ev benzinin qiymətinin sabitləşməsi məqsədilə belə bir addım atmağa məcbur oldu. Həmin vaxt siyasi opponentlər Bayden adminstarsiyasını rezervi boşaltmağa görə tənqid etdilər.
Bu ilin mart ayında ABŞ-ın Energetika Departamenti bildirib ki, ehtiyatı bərpa etmək üçün ölkəyə illər lazımdır. Bununla belə, ABŞ hakimiyyətinin yanacağın satıldığından daha ucuz alınması qərarı bu prosesə mane olur.
RUBRIKA.AZ
Facebook-da paylaş








