Sudanın paytaxtında yenidən şiddətli döyüşlər başlayıb...
![]()
Sudan nizami ordusu ilə Çevik Reaksiya Qüvvələri arasında döyüş Xartumun bir neçə rayonunda yenidən alovlanıb...
Rubrika.Az xəbər verir ki, bu barədə Reuters Agentliyinin məlumatında bildirilir. Xəbərdə qeyd edirlir ki, atəşkəs başa çatdıqdan dərhal sonra toqquşmalar başlayıb. Bundan başqa, Reuters Agentliyinin məlumatına görə, Şimali Darfur əyalətində yeni zorakılıqlar nəticəsində azı 40 nəfər ölüb.
Qeyd edək ki, mayın 22-də Sudan ordusu iləüsyançı Çevik Qüvvətlər arasında atəşkəs baş tutub. Razılaşma ABŞ və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə əldə edilib. Atəşkəsin uzadılması ilə bağlı danışıqlar cümə günü, iyunun 2-də iflasa uğrayıb.
Nəticədə münaqişənin hər iki tərəfi yenidən hərbi əməliyyatlara qayıdıb. Xartumdan kənarda Darfurda da qanlı döyüşlər başlayıb. Ölkənin ucqar qərbində yerləşən bölgə ciddi humanitar problemlərlə üzləşib.
Aprelin 15-də ölkədə Sudanın nizami ordusu ilə Çevik Reaksiya Qüvvələri (hər iki qrup əvvəllər iki dəfə hərbi çevrilişdə iştirak edib) arasında hakimiyyət uğrunda mübarizə başlayıb. Münaqişənin başlamasına səbəb ordu komandanlığının Çevik Reaksiya Qüvvələrinin silahlı qüvvələrin ümumi strukturuna inteqrasiyası tələbi olub. Silahlı münaqişə regionda ən böyük humanitar böhrana səbəb oldu.
Nəticədə Sudanda 1,2 milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb. Daha 400 min insan qonşu ölkələrə qaçıb.
Rubrika.Az
Facebook-da paylaş














