Fransa Ukraynanın NATO-ya daxil olmasını dəstəkləyir...
![]()
Paris sülh danışıqlarını sürətləndirmək üçün Ukraynanın NATO-ya daxil olmasını dəstəkləyəcək...
Rubrika.Az xəbər verir ki, bu barədə Le Monde qəzeti mənbələrə istinadən məlumat yayıb. Qəzet yazır ki, Fransa Ukrayna ilə Rusiya arasında sülh danışıqlarını yaxınlaşdırmaq üçün Ukraynanın NATO-ya daxil olmasını dəstəkləməyə hazırlaşır.
“Fransa nümayəndələri NATO üzvləri ilə konfidensial müzakirələrdə bu mövqedən çıxış edirlər”, deyə qəzet qeyd edib.
Nəşrin məlumatına görə, Yelisey sarayında bu yaxınlarda keçirilən Müdafiə Şurasının iclasında Ukraynanın NATO-ya üzv olmaq ərizəsi müzakirə olunub. Fransa hakimiyyətinin fikrincə, ərizənin təsdiqlənməsi Kiyev üçün təhlükəsizliyin təminatı ola bilər.
Le Monde yazır ki, Fransa hakimiyyəti ərizənin təsdiqlənməsinin Rusiya hakimiyyətini hərbi əməliyyatın davam etdirilməsinə şübhə ilə yanaşmağa məcbur edəcəyinə inanır. Bundan əlavə, Paris ümid edir ki, bu, Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya prezidenti Vladimir Putinlə danışıqlara başlamaq istəyinin artması ehtimalını da artıracaq.
Fransadan olmayan diplomatik mənbə Le Monde açıqlamasında qeyd edib ki, hazırda Yelisey sarayının mövqeyi Almaniyadan daha çox Polşa hökumətinin mövqeyinə yaxındır.
Rubrika.Az
Facebook-da paylaş







