Polşaya Ukrayna taxılını ixrac etmək üçün Aİ-dən 1 milyard avro lazımdır...
![]()
Məbləğin bir hissəsi Polşa ilə Ukrayna arasında dəmir yolu sərhəd keçidlərinin modernləşdirilməsinə sərf olunacaq...
Polşa Ukraynadan Polşa-Ukrayna sərhədindən taxıl və digər kənd təsərrüfatı məhsullarının ixracını artırmaq üçün tələb olunan investisiyaların təxminlərini Avropa Komissiyasına təqdim edib. Ümumi sərmayə 1 milyard avro təşkil edir.
RUBRİKA.AZ xəbər verir ki, bunu Polşanın Aİ-dəki daimi nümayəndəsi Anjey Sadoş PAP-a müsahibəsində bildirib.
“Bir il yarım ərzində biz Ukrayna taxılının üçüncü ölkələrə, xüsusən də Afrikaya tranzitini artırmaq istəyirik. Amma bunun üçün investisiyalar tələb olunur və biz infrastrukturun imkanlarını artırmaq üçün Komissiyaya konkret xahişlərimizi təkrar edirik”, deyə Anjey Sados bildirib.
Onun sözlərinə görə, Doroqusk-Yaqodzin, Qrebenne-Rava Ruska, Korçova-Krakowets keçid məntəqələrində ağır avtomobillər üçün sərhəd terminallarının genişləndirilməsi, eləcə də Przemysl şəhərində dəmir yolu infrastrukturunun yaxşılaşdırılması üçün 500 milyon avro lazımdır.
Məbləğin ikinci hissəsinin Polşa ilə Ukrayna arasında dəmir yolu sərhəd keçidlərinin modernləşdirilməsinə, yük maşınları üçün terminalların tikintisinə və sərhəddə yük daşımalarının idarə olunması infrastrukturunun yaradılmasına yatırılması planlaşdırılır.
PAP-ın məlumatına görə, Polşa may və iyun aylarında rekord tranzit həcmləri qeydə alıb - 2023-cü ilin iyununda buğda və qarğıdalı tranziti 260 min tondan çox təşkil edib. Polşa həmrəylik dəhlizlərinin fəaliyyətinin yaxşılaşdırılmasına yönəlmiş bütün tədbirləri dəstəkləməkdə davam edir. Sərhəd keçidlərində infrastrukturun inkişafına Polşa milli fondlardan ümumilikdə 63 milyon avro sərmayə qoyub.
RUBRİKA.AZ
Facebook-da paylaş















