Dələduzluq edənlər tutuldu – 77 min manat...
![]()
Bakıda dələduzluq edən şəxslər tutulub.
Rubrika.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində iyulun 26-da bir nəfəri aldadaraq 77000 manat dəyərində tərəvəz məhsulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakinləri Əvəz Kərimov və Sərxan Hüseynov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş












