Kəmaləddin Heydərovun ,, yanğılı səs" sevgisi. Niyaməddin Musayev Alim Qasımova qarşı - qalanı palavradır...
![]()
Hər halda hadisəni Baba Vəziroğlu danışıb. Xalq da şahiddir. Doğrudur, sonda Alim Qasımov həmin mahnını ifa edib, amma onu əvvəldən bəri Niyaməddin Musayevlə müqayisə və aralarında seçim etmək muğam ustadına qarşı hörmətsizlikdir. Hörmətli Kəmaləddin Heydərov başqa bir muğam ustadı ilə Alim Qasımov arasında qalsaydı, başa düşmək olardı. Amma Niyaməddin...Nə deyəsən, qalanı palavradır. Yəni İmişli boğazı ilə Şirvan məktəbinin dühalarından birinin səsi arasında qalmaq, Musayevi çağıraraq onu da ifasını yoxlamaq "no comment" deyiləcək hadisədir. Sağ olsun, Baba Vəziroğlu efirdə bu məsələni açıb-ağardıb, özü də bilmədən mühüm reallığın üstünü açıb. Hər halda, bəstəkar Kamal müəllim qalanı xatirə olmayacaq bir iş tutub, Alim Qasımova tay axtarıb. İndi özünüz sual verin, peşəkar musiqiçi olmayan adam belə deyə bilər: Alim hara, Niyaməddin hara?!
Nişad Mehdiyev
Rubrika.Az
Facebook-da paylaş










