Nazim İbrahimovun qardaşı da həbs olundu - Partlayışa görə...
Qeyd edək ki, partlayış baş verən mebel sexinin sahibinin kimliyi barədə ilk məlumatı Qaynarinfo yanvarın 17-də yayıb. Əldə etdiyimiz məlumatda bildirilirdi ki, sözügedən mebel sexi Diasporla İş Üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşlarına məxsusdur.
Obyekt Binəqədi rayonundakı keçmiş Ağac Emalı Zavodunun ərazisində yerləşir. Sözügedən zavod illər əvvəl Nazim İbrahimovun qardaşı, "İBRA Holdinq"in prezidenti Tağı İbrahimov tərəfindən özəlləşdirilib. Sexin təsisçisi Tağı İbrahimov və "Avesta" şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmli olub.
"Avesta" şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmli Qaynarinfo-ya açıqlamasında obyektin onlara məxsus olduğunu etiraf etmişdi.
Rubrika.Az
Facebook-da paylaş








