Xanlar Xanlarzadə:- Abituriyentlərin NƏZƏRİNƏ! Qəbul imtahanlarının nəticələri bu tarixdə açıqlanacaq...
Avqustun 23-dək qəbul imtahanının nəticələri açıqlanacaq. Bu barədə Rubrika.Az-a Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə bildirib. DİM rəsmisi bildirib ki, sabah günün sonuna kimi abituriyentlər qəbul imtahanının nəticələri ilə tanış olacaqlar.
Xatırladaq ki, 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu planı təxminən 60 minə yaxın olacaq. Hər il olduğu kimi bu il də qəbul planı artıb. Bu il iki ali təhsil müəssisəsinin - Qarabağ və Türkiyə Azərbaycan universitetlərinin fəaliyyətə başlaması da buna təsir edib.
Rubrika.Az
Facebook-da paylaş










