Changan avtomobilləri müasirliyin, gəncliyin və eleqantlığın simvolu hesab olunur.
![]()
XXI əsr bütün çalarları ilə yüksək texnologiyalar əsridir. İnsanlıq tarixinin ən sürətli texniki inkişaf mərhələsində təmsil etdiyi brendin nüfuzunu , rəqabət şəraitində bazarda mövqeyini qoruyub saxlamaq olduqca çətindir. Nəzərə alsaq ki, alıcı təkcə malın dizayn və gözəlliyinə yox, eyni zamanda yüksək keyfiyyət və təhlükəsizliyinə qiymət verir, o zaman məsələnin ciddiliyini anlamaq çətin olmaz. 
1862-ci ildən fəaliyyət göstərən Changan şirkəti dünya bazarında xüsusi çəkisi, sarsılmaz mövqeyi olan brendlərdən biridir. Gündən günə inkişaf edən avtomobil bazarında şirkətin təqdim etdiyi markalar dünyanın bütün nöqtələrində satış rekordları qırır. Təbii ki, bütün bunlar yüksək keyfiyyətin və müasir tələblərə cavab verən eleqant dizaynın, ekonom sinifin nəticəsidir.
Zamanın sınağından çıxmış təhlükəsizliyə əsaslana Changan avtomobilləri dünya bazarında rəqabətə davamlı, ən çox tələbat olan markadır. Təsadüfi deyil ki, hər gün dünya üzrə 8500 alıcı məhz Changan avtomobillərini almaqla rahatlığın və təhlükəsizliyin əsl markasını seçir. 
Şirkətin ən geniş fəaliyyət istiqamətlərindən biri də Azərbaycan bazarıdır. Tam əminliklə demək olar ki, Changan avtomobilləri artıq Azərbaycanda üstün mövqelər tutaraq alıcı məmnunluğunu, etimadını qazanıb.Özünəməxsus dizaynı, yüksək təhlükəsizliyi ilə Changan avtomobilləri Azərbaycan yollarının bəzəyinə çevrilib. Ən münasib qiymətlərlə ən son texnologiyaları təqdim edən Changan avtomobilləri sürücülərə xoş anlar yaşadır.
İstənilən zövqə uyğun dizaynlar, müasir texnologiyanın son yenilikləri, ekonomik olması Changan avtomobillərinə olan təlabatı gündən-günə artırır. Artıq ölkəmizin satış bazarında ciddi rəqibə çevrilən və lider mövqeyini qoruyan Changan avtomobilləri müasirliyin, gəncliyin və eleqantlığın simvolu hesab olunur. 
Şirkətin ali məqsədi müştəri məmnuniyyətini qazanmaq, alıcıların etibarını qoruyub saxlamaqdır. Bu gün Changan Azərbaycanda təkcə avtomobil satmaqla işini bitmiş hesab eləmir. Şirkət həmçinin geniş servis mərkəzləri, orijinal ehtiyat hissələri ilə də alıcıların rahatlığını təmin edir. Bütün bunlar Changanı Azərbaycanın sevimli markasına, yollarımızın bənzərsiz yaraşığına çevirir. Yolunuz həmişə açıq olsun !
Nicat Mahmudov
Rubrika.az
Facebook-da paylaş













