Srgjan Kerim: "BMT TŞ-nin tərkibi dəyişməlidir, nizamnamə müqəddəs kitab deyil"
![]()
"Bu gün beynəlxalq münasibətlərdə dərin dəyişmələr baş verir".
Rubrika.Az Oxu.Az-a istinadla xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması" adlı paneldə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 62-ci Sessiyasının sədri, Makedoniya Respublikasının keçmiş xarici işlər naziri Srgjan Kerim deyib.
O bildirib ki, dəyişiklikləri Vaşinqtonda yeni administrasiyanın olması ilə əlaqələndirmək düzgün deyil.
S.Kerim deyib ki, geosiyasi və geoiqtisadi baxımdan fərqli tərəflərin çətirləri altında olmaq, ölkələrin yanında dayanmaq mümkün deyil:
"Geosiyasi baxımdan NATO-nun çətiri altında qalıb, geoiqtisadi baxımdan Rusiyanın çətiri altında olmaq mümkünsüzdür".
O, çıxışı zamanı deyib ki, BMT-də islahatlar aparmağın vaxtı çoxdan yetişib:
"BMT-də islahatlara Təhlükəsizlik Şurasının tərkibinin dəyişdirilməsi ilə başlanmalıdır. Tərkib sayı artırılmalıdır. Nizamnamə müqəddəs kitab deyil. Biz çoxqütblü dünyaya uyğunlaşmalıyıq".
Rubrika.az
Facebook-da paylaş












